
Sosial şəbəkələrdə qış sərt keçəcəyi, güclü şaxtaların olacağı ilə bağlı iddialar yayılıb. Bəs bu iddialar nə dərəcədə doğrudur?
Metbuat.az XezerXeber.az-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, dekabrda havanın temperaturu noyabr ayına nisbətən aşağı olacaq. Xidmətin proqnozlar bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, havanın orta aylıq temperaturu kiçik müsbət fərqlə iqlim normasına yaxın olacaq.
Gülşad Məmmədova qeyd edib ki, dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bölgələrdə isə havanın yağıntılı olması ehtimalı var.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


