Salyan rayonunda mağaza yanıb

Baş səhifə

Bakı. Trend:

Salyan rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Aşağı Kürkəndi
kəndində ümumi sahəsi 100 m² olan mağazanın yanar konstruksiyaları
90 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə
olunub.




Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.