
Bakı. Trend:
Noyabrın 27-də paytaxt sakini olan bir nəfər polisə müraciət
edərək bildirib ki, işdə olduğu vaxtda yaxın ərazidə saxladığı ona
məxsus “Azsamand” markalı avtomobil qaçırılıb.
Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.
Bildirilir ki, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər
məhkum olunmuş 34 yaşlı N.Məmmədov nəqliyyat vasitəsilə birgə
saxlanılıb.
Aparılan araşdırmalarla məlum olub ki, saxlanılan şəxs həmin
avtomobili istifadə etməklə taksi fəaliyyəti ilə də məşğul
olub.
Araşdırmalar davam etdirilir.


