Milli Məclisin sədri Çin xalqına başsağlığı verib

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikası
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Cao
Lıciyə ünvanladığı məktubda Honkonqda yerləşən yaşayış kompleksində
baş vermiş güclü yanğın nəticəsində çox sayda insanın həlak
olmasından və yaralanmasından kədərləndiyini bildirib.

Trend xəbər
verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsi məlumat yayıb.

Spiker Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin
sədrinə, həlak olanların ailələrinə, yaxınlarına, bütün Çin xalqına
öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları
adından dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə
sağalmalarını arzulayıb.