Rusiya Kiyevə hava hücumları etdi: ölən və yaralananlar var

Baş səhifə

Noyabrın 29-na keçən gecədən səhərədk Rusiya ordusu Kiyevə çoxkombinasiyalı hava hücumu həyata keçirib.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, 7 saatdan artıqdır davam edən hücum nəticəsində ölən və xəsarət alanlar var.

Kiyev Şəhər Hərbi Administrasiyasının komandiri Timur Tkaçenko bildirib hava hücumu zamanı azı 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb. Paytaxtın müxtəlif ərazilərində 3 çoxmərtəbəli binada dağıntılar qeydə alınıb.

Hazırda dağıntılar təmizlənir. Kiyevə və Ukraynanın bir çox bölgəsində hava həyəcanı davam edir.