Ramos DÇ-2026-da oynamaq istəyir

Baş səhifə

Bakı. Trend:

Serxio Ramos “Monterrey”dən müqaviləsi bitdikdən sonra ayrılmağı
planlaşdırır.

Trend xəbər verir ki,
müdafiəçi Meksika klubundan ayrılsa da, karyerasını bitirməyi
düşünmür. O, ya İspaniyada, ya da başqa bir Avropa ölkəsinin
klubunda oynamaq istəyir. Ramosun qərarına iki əsas amil təsir
edib: birincisi, ailəsi Pireney yarımadasında Meksikadan daha rahat
həyat sürür, ikincisi isə Dünya Çempionatında milli komandada
oynamaq arzusudur.




39 yaşlı futbolçu hesab edir ki, yüksək səviyyədə və İspaniya
futboluna yaxın üslubda çempionatda müntəzəm oynadığı halda, Avropa
çempionlarının baş məşqçisi Luis de la Fuenteni öz namizədliyini
nəzərdən keçirməyə inandıra bilər.

Qeyd edək ki, Ramos son dəfə İspaniya millisində 2021-ci ildə
çıxış edib.