“PAŞA Bank” yeni kredit məhsulunu bazara çıxardı

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”
sahibkarlıq subyektlərinin maliyyə yükünü optimallaşdırmaq və
onların inkişaf imkanlarını genişləndirmək məqsədilə yeni refinans
biznes krediti məhsulunu təqdim edib.

Yeni kredit həlli sahibkarlara digər banklarda mövcud olan
biznes kreditlərini daha sərfəli şərtlərlə tamamlamağa, eyni
zamanda qalan vəsaiti bizneslərinin inkişafına yönəltməyə imkan
yaradır.

Refinans biznes krediti çərçivəsində “PAŞA Bank”
sahibkarlara:

250 000 AZN-dək kredit imkanı,
illik 13%-dən başlayan faiz dərəcələri,
və girovsuz şərtlər təklif edir.




Məhsul xüsusilə mövcud biznes kreditinin bitməsinə 3 ay və ya
daha az müddət qalan sahibkarlar üçün nəzərdə tutulub. Bu yanaşma
bizneslərin likvidliyinin qorunmasına, nağd axınının
planlaşdırılmasına və maliyyə dayanıqlığının gücləndirilməsinə
xidmət edir.

Sahibkarlar kreditə onlayn müraciət etmək üçün ümumi səhifədəki
linkə keçid edə bilərlər.

“PAŞA Bank” sahibkarların maliyyə əməliyyatlarını daha rahat,
çevik və sərfəli etmək üçün məhsul və xidmətlərini yeniləməkdə
davam edir. Bank 2025-ci ildə real sektorun və biznesin dayanıqlı
inkişafına verdiyi töhfələrə görə “International Investor” və
“Euromoney” beynəlxalq nəşrləri tərəfindən “Azərbaycanın ən yaxşı
bankı” elan edilib, həmçinin “Stevie Awards” tərəfindən “İlin
şirkəti” nominasiyasında “Gold Stevie” mükafatı qazanan ilk
Azərbaycan bankı olub. Bundan başqa, “PAŞA Bank” bu il “Global
Finance” nəşri tərəfindən təqdim edilən “World’s Best Private Banks
2025” mükafatlarının qaliblərindən biri olaraq tanınıb.