Honkonqda 128 nəfərin həlak olduğu kompleksdə xilasetmə işləri başa çatdırılıb (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Honkonqda yaşayış kompleksində baş vermiş yanğın nəticəsində
həlak olanların sayı 128 nəfərə çatıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli rəsmilər
bildiriblər.

“Yanğın nəticəsində 128 nəfərin həlak olduğu yaşayış
kompleksində xilasetmə işləri başa çatdırılıb”, – deyə Honkonqun
təhlükəsizlik xidmətinin rəhbəri Krist Tanq qeyd edib.

12:35

xxx




Honkonqda yerləşən yaşayış kompleksində 94 nəfərin həyatına son
qoymuş yanğın tamamilə söndürülüb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Yanğınsöndürənlər axtarış-xilasetmə tədbirlərini davam etdirir,
heç kimin içəridə qalmadığına əmin olmaq üçün mənzillərə bir-bir
baxış keçirilir.

Qeyd edək ki, noyabrın 26-da günorta saatlarında dünyanın ən sıx
məskunlaşan və ən çox hündür binaların yerləşdiyi şəhərlərdən olan
Honkonqun Tay Po rayonundakı 8 binadan və təxminən 2 min mənzildən
ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların
üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarında
başladığı və güclü küləyin təsiri ilə sürətlə yayıldığı
bildirilib.