Səyahət imtiyazlı kartlar üzrə xüsusi təklif

Baş səhifə

Bakı. Trend:

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat
və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniya keçirir.
Belə ki, 27 noyabrdan 5 dekabradək Bank tərəfindən
Mastercard Black Edition
Visa
Infinite
ödəniş kartlarının əldə olunması üçün tələb olunan
birdəfəlik xidmət haqqına və ya kart hesabına ilkin mədaxil
məbləğinə 60 % endirim tətbiq edilir.

Premium seqmentə aid bu kartlar sahibinə dünyanın istənilən
nöqtəsində yüksək xidmət səviyyəsi, səyahət və həyat tərzi üzrə
geniş imtiyazlar, sığorta paketləri, konsyerj xidmətləri və digər
eksklüziv üstünlüklər təqdim edir. İmtiyazlar sırasına hava
limanına transfer, biznes zallara ziyarət, sürətli keçid kimi
xidmətlər aiddir.

Müştərilər MC Black Edition və Visa Infinite kartlarını həm Xalq
Bankın geniş filial şəbəkəsindən, həm də onlayn kanallar vasitəsilə
sifariş edə bilərlər. https://cardorder.xalqbank.az/?card=9
Bakı ərazisində pulsuz çatdırılma xidməti aktivdir.

Eyni zamanda, Xalq Bankın yeni və cari əmanət müştəriləri 5
dekabradək MC Black Edition və Visa Infinite ödəniş kartlarını
birdəfəlik xidmət haqqına və ya ilkin mədaxil məbləğinə 70 %
endirimlə əldə edə bilərlər. Xatırladaq ki, Xalq Bankda 30
dekabradək davam edən əmanət kampaniyasından yararlanaraq daha çox
gəlir əldə etmək mümkündür:




Müddətli
AZN əmanəti üzrə illik faizlər – 3 ay – 8.5 %, 6 ay – 10.5 %, 12 ay
– 11 %, 18 ay – 11 %, 24 ay – 11 %. Minimal məbləğ – 100 AZN,

Proqress
AZN əmanəti üzrə illik faizlər – 12 ay – 10.75 %, 24 ay – 11 %.
Depozit məbləğinin artırılması imkanı ilə, minimal məbləğ – 100
AZN.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın
filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi
internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif
sosial şəbəkə səhifələrindən əldə etmək olar.