
Bakı.Trend:
Lerikin bu ərazilərində elektrik enerjisinin verilişində fasilə
yaranacaq
Trend xəbər
verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.
Bildirilib ki, Lerik Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 28
noyabr tarixində 35 kV-luq “Lerik-1” və “Lerik-2” hava xəttində
təmir və ağac budanması işləri aparılacaq. Bununla əlaqədar olaraq
saat 10:30-dan 12:30-dək Diryan, Gürdəsər, Lərmərud, Livədirqə,
Nücü, Şingədulan, Zenoni, Züvüç kəndlərində elektrik enerjisinin
verilişində məhdudiyyət yaranacaq.
Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin
yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin
olunacaq.


