Putin ABŞ ilə gələcək danışıqlarda əsas məsələləri açıqlayıb

Baş səhifə
Putin ABŞ ilə gələcək danışıqlarda əsas məsələləri açıqlayıb

Krım və Donbasın Rusiyaya məxsus olmasının hüquqi cəhətdən tanınması ABŞ tərəfi ilə gələcək danışıqlarda əsas məsələlərdən biri olmalıdır.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Putin deyib.

“Bu, ABŞ tərəfi ilə danışıqlarımızın predmeti olmalıdır. Buna diqqət yetirdiyiniz üçün təşəkkür edirəm. Bu, əsas məqamlardan biridir”, – Putin Bişkekdə mətbuat konfransında bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ-nin Ankoric sammitindən sonra Rusiyanın “Lukoyl” və “Rosneft” şirkətlərinə qarşı sanksiyaların tətbiq etməsinin səbəbini başa düşmür.

Rusiya Prezidentinin sözlərinə görə, strateji sabitlik məsələləri, o cümlədən nüvə silahının sınaqları ilə bağlı məsələlər gələn həftə Moskvada ABŞ nümayəndə heyəti ilə görüşdə müzakirə olunacaq.