“Burada hər gün uşaqlar ölür” –

Baş səhifə

“Şaxtyor”un türkiyəli baş məşqçisi Arda Turan Rusiya-Ukrayna müharibəsinin fəsadlarından danışıb. Təcrübəli məşqçi müharibənin dəhşətlərini hər gün yaşadığını bildirib.

Metbuat.az xəbər verir ki, Arda “Shamrock Rovers” komandası ilə oynayacaqları matçdan əvvəl üzləşdikləri çətinliklərdən bəhs edib. O, futbolçuların mənzil başına çatmaq üçün 16 saat avtobusla yol getdiklərini vurğulayıb: “16 saat davam edən uzun və yorucu səfərdən sonra meydana çıxıb mübarizə aparmaq asan deyil. Futbolçularım fədakarlıq edirlər”.

Arda Turan müharibə nətəcəsində hər gün günahsız insanların öldüyünü qeyd edib: “Burada hər gün insanlar ölür. Onların arasında azyaşlılar da çoxdur. Həmin uşaqlar Marsa uçmaq haqda düşünməlidirlər, amma indi sağ qalmaq haqda fikirləşirlər. Onların heç bir suçu yoxdur. Bu qanlı müharibə tezliklə başa çatmalıdır. Bunu Tramp eləsin, ya da Putin eləsin, fərqi yoxdur. Ərdoğan eləsin, Zelenski eləsin. Kim istəyir eləsin, amma müharibə başa çatsın, uşaqlar ölməsin”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.