Azərbaycan XİN Çinə başsağlığı verib

Baş səhifə

Bakı. Trend:

Çinin Honkonq əyalətinin Tay Po şəhərində baş verən və çoxlu
sayda insanın ölümünə və yaralanmasına səbəb olan faciəli yanğından
dərin kədər hissi keçiririk.

Trend xəbər verir ki, bu
barədə XİN sosial şəbəkə hesablarındakı paylaşımında qeyd edib.

“Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə
başsağlığı verir və bütün yaralılara tezliklə sağalmalarını
arzulayırıq.

Bu çətin dövrdə düşüncələrimiz Çinin Honkonq əyalətinin xalqı
ilədir”, – paylaşımda vurğulanıb.

Xatırladaq ki, Honkonqda yaşayış kompleksində baş vermiş güclü
yanğın nəticəsində həlak olanların sayı 55 nəfərə çatıb. Səkkiz
hündürmərtəbəli yaşayış binasından ibarət “Wang Fuk Court”
kompleksindəki yanğın yanvarın 26-ı başlayıb. Binaların birindən
başqa hamısını yanıb. Komkpeksdə təxminən 4000-ə yaxın insan
yaşayırdı.