
Bakı. Trend:
praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan və bu
fəaliyyətə başlamaq istəyən şəxslərin sertifikasiyasına dair yeni
Qaydaları təsdiq edib.
Trend xəbər verir ki, bununla
bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Yeni qaydalara əsasən, sertifikasiya imtahanı üçün sınaq
imtahanında iştirak haqqı ali təhsilli tibb mütəxəssisləri üçün 35
manat, orta ixtisas təhsilli tibb mütəxəssisləri üçün 25 manat
təşkil edəcək.
Davamlı peşəkar inkişaf (DPİ) üzrə minimum kredit tələbi də
müəyyən edilib: tibb mütəxəssisləri hər il ən azı 50 kredit, beş il
ərzində ümumilikdə 250 kredit toplamalıdırlar.
Qərarda həmçinin qüvvədə olan sertifikasiya şəhadətnamələrinə
malik tibb mütəxəssisləri üçün keçid müddəaları da müəyyən edilib.
Şəhadətnaməsinin qüvvədə olma müddəti bitməmiş mütəxəssislər illik
50 krediti topladıqda, müddətin başa çatmasına bir ildən az
qaldıqda isə 50 kredit toplamaqla yeni şəhadətnamə əldə edə
biləcəklər.
Nazirlər Kabinetinin 2010-cu il tarixli 108 və 111 nömrəli
əvvəlki qərarları isə ləğv olunub.
Belə ki, aşağıdakı tibb mütəxəssisləri şəhadətnamə əldə etmək
üçün imtahanda iştirak etməlidirlər:
– ən azı 5 (beş) il müddətində fasiləsiz olaraq ixtisasları üzrə
işləməyənlər;
– hər il orta hesabla 50 (əlli) kredit olmaqla, DPİ üzrə minimum
250 (iki yüz əlli) krediti 5 (beş) il ərzində toplamayanlar.
Tibb mütəxəssislərinin sertifikasiyası Nazirliyin Elmi-Tibbi
Şurası və Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə
Nəzarət Mərkəzi tərəfindən həyata keçiriləcək.
Sınaq imtahanı istisna olmaqla imtahan ödənişsizdir. Sınaq
imtahanının ödənişi Mərkəzin bank hesabına köçürülməlidir.


