Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün qarşılaşacağı Şimali Makedoniya ilə matça tam hazırdır.
Bunu “Report”a açıqlamasında komandanın baş məşqçisi Tahir Baxşıyev deyib:
Mütəxəssis heyətdə itkilərin olmadığını vurğulayıb:
“Noyabrın 17-dən Bakıda təlim-məşq toplanışına başladıq. Şimali Makedoniyaya dünən gəlmişik. Bir məşq keçmişik. Bu gün daha bir məşqimiz olacaq. Oyuna tam heyətlə hazırıq. İtkilərimiz yoxdur”.
Baş məşqçi Şimali Makedoniya yığması haqqında danışıb:
“Rəqibin güclü olduğunu bilirik. Görüş çətin keçəcək. Ancaq əlimizdən gələni edəcəyik, vuruşacağıq. Uşaqların istəyi var. İnanıram ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Şimali Makedoniya – Azərbaycan görüşü bu gün Skopyedə, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

