Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin noyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit
qoyuluşlarının həcmi 524,483 milyon manat təşkil edib.

Trend bu
barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Bildirilib ki, bu göstərici əvvəlki ayla müqayisədə 4,6 milyon
manat və ya 0,9%, ötən ilin eyni dövrünə nisbətən isə 43,9 milyon
manat və ya 9,1% çoxdur.

Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının
orta faiz dərəcəsi 19,72%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 522,231 milyon manatı
milli valyutada, 2,252 milyon manatı isə sərbəst dönərli valyutada
(SDV) yerləşdirilib.




Eyni zamanda, bu ilin noyabrın 1-nə Şərqi Zəngəzur iqtisadi
rayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə
770 min manat və ya 3,4% artaraq 23,076 milyon manata bərabər
olub.

Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 14,30%
təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 14,216
milyon manatı milli valyutada, 8,860 milyon manatı isə sərbəst
dönərli valyutada (SDV) yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin noyabrın 1-nə Azərbaycanın cəmi
regionları üzrə kredit qoyuluşlarının həcmi 29,404 milyard manata
bərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 127,5 milyon
manat və ya 0,4%, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 2,3
milyard manat və ya 8,6% çoxdur.