
Malayziyada baş verən güclü daşqınlarla əlaqədar təxliyə edilən sakinlərin sayı 34 min nəfəri ötüb.
“Report” xəbər verir ki, bu barədə “Bernama” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, müvəqqəti köçkünlərin ümumi sayı 34 min 339 nəfərdir, ölkədə 180-dən çox təxliyə mərkəzi yaradılıb.
2024-ci ildə Malayziyanı bürüyən daşqınlar nəticəsində ölkəyə 225 milyon dollar ziyan dəyib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


