Çində qatar inşaatçıları vurub – 11 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Çinin Kunmin şəhərində qatarın relslərin üzərində olan
inşaatçıları vurması nəticəsində 11 nəfər həlak olub. Həmçinin 2
nəfərin yaralandığı bildirilir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Bədbəxt hadisədən sonra həmin xətdə fövqəladə hallara reaksiya
planı işə salınıb. Hadisə yerinə çox sayda xilasedici və təcili
tibbi yardım briqadaları göndərilib. Hazırda həmin dəmir yolu
xəttində hərəkət bərpa olunub.




Ölkənin dəmir yolları xidmətinin rəhbərliyi qurbanların
ailələrinə başsağlığı verərək, bütün günahkarların məsuliyyətə cəlb
olunacağını bildirib.

Qəzanın səbəbləri hələ ki, məlum deyil.