Simeone bu klubda işləmək istəyir

Baş səhifə

“Atletiko Madrid”in baş məşqçisi Diego Simeone işləmək istədiyi klubun adını açıqlayıb.

Metbuat.az xəbər verir ki, “İnter”ə olan sevgisini ifadə edən Simeone gələcək məşqçilik karyerası ilə bağlı planlarını bölüşməkdən çəkinməyib. O, gələcəkdə “İnter”in məşqçisi ola biləcəyini ifadə edib.

Qeyd edək ki, Simeone oyunçu olduğu dövrdə “İnter”də də oynayıb. Argentinalı baş məşqçi 1997-1999-cu illərdə İtaliya nəhəngində forma geyinib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.