Ceyhun Bayramov Neapolda “Napoli” – “Qarabağ” qarşılaşmasını stadiondan izləyib

Baş səhifə
Ceyhun Bayramov Neapolda Napoli - Qarabağ qarşılaşmasını stadiondan izləyib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda “Qarabağ” – “Napoli” qarşılaşmasını izləyib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial media hesabında paylaşım edilib.

“Bu, Azərbaycanın Avropa futbolunda güclü mövqeyini nümayiş etdirən və milli çempionlarımızı beynəlxalq arenada dəstəkləyən qürurverici an olub”, – paylaşımda vurğulanıb.

Öz növbəsində, C. Bayramov da sosial mediada paylaşım edərək “Qarabağ”ın Azərbaycanı Avropada qürurla təmsil etdiyini vurğulayıb.

“Oyun başa çatdıqdan sonra “Qarabağ” FK-nın prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan “Napoli”yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzuladım”, – nazir bildirib.