
“Əl-Əhli” klubu “Real Madrid”in futbolçusu Vinisius Juniorun xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, “Əl-Əhli”nin oyunçu üçün 1 milyard avro dəyərində təklif irəli sürdüyü bildirilir. Məlumata görə, futbolçuya 5 illik müqavilə təklif edilib.
Qeyd edək ki, “Real Madrid”in Vinisius Juniorla yeni müqavilə barədə razılığa gələ bilməyib. İddialara görə, futbolçu “Real”dan illik 25 milyon avro məvacib tələb edib. “Real” futbolçunun tələbini qəbul etməyib. Vinisius Juniorun “Real Madrid”lə müqaviləsi 2027-ci ildə yekunlaşır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

