AQTA-dan restoran və şadlıq evlərinə XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi ictimai iaşə müəssisələrinə, o
cümlədən, restoran və şadlıq saraylarının məsul şəxslərinə
xəbərdarlıq edir.

Trend xəbər verir ki, bu
barədə AQTA-nın Bakı regional bölməsinin rəisi Elşad Cəbrayılovun
açıqlamasında bildirib.




Agentlik rəsmisi qeyd edib ki, yalnız baytarlıq nəzarəti təmin
edilmiş, rəsmi qeydiyyatdan keçmiş heyvan kəsimi məntəqələrindən
baytarlıq sənədləri mövcud olan ətlər istehlaka təqdim
edilməlidir:

“Agentlik tərəfindən reydlər həyata keçiriləcək və tələblərə əməl
etməyən ictimai iaşə müəssisələri, xüsusilə də restoran, şadlıq
sarayları barəsində qanunvericilik çərçivəsində müvafiq tədbirlər
görüləcəkdir”.