
Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.
“Report”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Mati şəhərindən (Mindanao adası) 66 km cənub-şərqdə yerləşib. Yerli təkanların ocağı 72 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


