
Bakı. Trend:
Prezident İlham Əliyev Bruney Darüssalamın Sultanı Əlahəzrət
Hacı Həssənal Bolkiahana təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki,
“Əlahəzrət,
Azərbaycan Respublikası ilə Bruney Darüssalam arasında
diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar
Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və
Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş
arzularımı çatdırıram.
Otuz illik dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq
münasibətləri qarşılıqlı maraq doğuran bir sıra sahələrdə
əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar
açmışdır.
Biz Bruney Darüssalam ilə dövlətlərarası münasibətlərimizi
genişləndirmək və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək
əzmindəyik. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq
Azərbaycan ilə Bruney Darüssalam arasında əlaqələrin
möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə
əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi
bundan sonra da uğurla davam etdirəcəyik.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim
firavanlıq və rifah arzulayıram”.

