Dövlət qulluqçuları 2 min manatadək ortaaylıq əməkhaqqı alırlar

Baş səhifə

Bakı. Trend:

Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki,
onların da 30,3 faizini qadınlar təşkil edir.

Trend xəbər
verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin
bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, ötən il dövlət qulluqçularının orta
aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 2 faiz
artaraq 1 971 manata çatıb:

“Bu il reallaşan sosial paket həmin vətəndaşlarımızın əmək
haqqlarında daha yüksək artımlara imkan verib. Bununla yanaşı,
hazırda dövlət qulluqçularının orta aylıq maaşı ölkə üzrə orta
aylıq əmək haqqından 2 dəfə çoxdur. Bu də dövlət qulluğuna marağın
yüksək olması səbəblərindən biridir”.

Deputat əlavə edib ki, dövlət qulluqçularının
7,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin
ali – 3-cü təsnifatlarda çalışır:




92.6 faizi digər təsnifatlarda o cümlədən,
46,6 faizi 7-ci təsnifatı, 22,2
faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyirlər. Bu
isə o deməkdir ki, dövlət qulluqçuların böyük əksəriyyəti üçün işə
qəbul ilə bağlı tələblər tətbiq olunur. Bununla yanaşı, hazırda
dövlət qulluqçularının 69.5 faizi
5 ildən çox çalışanlardır.

Dövlət qulluqçularının 6,4 faizi
1 ilədək, 24,1 faizi
1 ildən 5 ilədək, 22,9 faizi 5
ildən 10 ilədək, 18,6 faizi 10 ildən 15 ilədək, 28,0 faizi isə 15
il və daha çox qulluq stajına malikdir”.

V.Bayramov qeyd edib ki, bu sahədə aparılan dərinləşidirilmiş
islahatlar dövlət qulluqçularının yaş intervalına da təsir
göstərib.

“Hazırda dövlət qulluğunda çalışanların tən yarısının yaşı
40-dan aşağıdır. Bu isə dövlət qulluğunda işə qəbulda keyfiyyət
meyarları baxımdan vacib hesab olunur”, – deyə o fikrini
yekunlaşdırıb.