Bakı. Trend:
Noyabrın 26-dan Vyetnamın mərkəzi bölgəsində davam edən leysan
yağışları və güclü daşqınlar nəticəsində ölənlərin sayı 91 nəfərə
çatıb, 11 nəfər isə itkin düşmüş sayılır.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Yerli rəsmilərin məlumatına görə, təbii fəlakət ən çox zərəri
Daklak əyalətinə vurub. Adıçəkilən bölgədə 63 nəfər həlak olub, 8
nəfər isə itkin düşmüş kimi qeydiyyata alınıb.
Daklak, Xanxoа, Zyalay və Lamdonq əyalətlərində təbii fəlakət
nəticəsində 1100-dən çox yaşayış və inzibati bina dağılıb və ya
zədələnib, 201 mindən çox bina isə daşqın suları altında qalıb.

