Yevlax Pilot Aqroparkın idarə olunmasına görə haqqın məbləği müəyyənləşib

Baş səhifə

Bakı. Trend:

Yevlax Pilot Aqroparkın idarə olunmasına görə haqqın məbləği
müəyyənləşib.

Trend-in
məlumatına görə, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun
Məmmədov müvafiq qərar imzalayıb.

1. Birillik əkinlər (tərəvəzçilik təsərrüfatları istisna
olmaqla) və yem bitkiləri üzrə:

  • sahəsi 250 hektaradək olduqda – 24 AZN;
  • sahəsi 250-1000 hektar olduqda – 16 AZN;
  • sahəsi 1000 hektardan yuxarı olduqda – 20 AZN.

2. Çoxillik əkmələr (bağçılıq) üzrə – 59
AZN.

3. Tingçilik təsərrüfatları üzrə – 64 AZN.

4. Tərəvəzçilik təsərrüfatları üzrə – 70.8
AZN.




5. Örtülü sahələr (istixanalar) və innovativ bitkiçilik
üzrə – 160 AZN.

6. Müasir heyvandarlıq kompleksləri üzrə – 600
AZN.

7. Müasir quşçuluq və balıqyetişdirmə təsərrüfatları
üzrə – 1440 AZN.

8. Kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması
və xidmətlərin göstərilməsi, o cümlədən məhsulların saxlanılması,
çeşidlənməsi və satışı üzrə – 1440 AZN.

Məlumat üçün bildirək ki, qərar sentyabrın 26-da qəbul
edilib, noyabrın 20-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edilib, noyabrın 21-də qüvvəyə minib.