Əhməd Rəcəblidə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, noyabrın 24-də Nərimanov
rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş
verməsi nəticəsində 5 nəfər xəsarət alıb. Partlayışda xəsarət alan
şəxslərin vəziyyəti açıqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat
verilib.

Bildirilib ki, onlardan 1 nəfərə (kişi) termiki yanıq, 4 nəfərə
isə (1-i kişi, 3-ü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək
travmaları diaqnouz təyin olunub.




Xəsarət almış 4 nəfərə zəruri tibbi yardım göstərildikən sonra
ambulator müalicə üçün evə buraxılıblar.

1 nəfər isə aidiyyatı üzrə tibb müəssisəsinə yönləndirilib.

Qeyd edək ki, dünən Əhməd Rəcəbli küçəsində obyektdə partlayış
verib.