Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı aparıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər Ukraynadakı vəziyyət, o cümlədən Amerikanın nizamlama təklifləri kontekstində fikir mübadiləsi aparıblar.

