
Türkiyənin Konya əyalətinin Beyşehir rayonunda tələbə avtobusu yoldan çıxaraq aşıb.
“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, hadisə nəticəsində 29 nəfər yaralanıb. Əraziyə çoxsaylı təcili tibb yardım briqadaları göndərilib. Yaralılar Beyşehir Dövlət Xəstəxanasına yerləşdirilib
Məlumata əsasən, onların sağlıq durumları yaxşıdır.
Konya Valiliyinin yaydığı məlumata görə, hadisə ilə bağlı istintaq başlayıb.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


