
Zəngəzur dəhlizi bölgə və dünya iqtisadiyyatına önəmli töhfə verəcək.
“Report” xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərinin Həmrəylik Forumunda keçirilən “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin tam şəkildə fəaliyyətə başlaması da tarixi bir hadisə olacaq:
“Zəngəzur dəhlizi layihəsinin önəminə toxunmaq istəyirəm. Zəngəzur dəhlizi ilk növbədə region və ölkə iqtisadiyyatlarına, eləcə də dünya iqtisadiyyatına mühüm faydalar verəcək. Necə ki Süveyş kanalının açılması bölgə ölkələrinə və qlobal iqtisadiyyata böyük töhfələr vermişdisə, Zəngəzur dəhlizi də region iqtisadiyyatında ciddi dəyişikliklərin başlanğıcı olacaq”.
O vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə ictimai və mədəni həyata dair yeni proseslər meydana çıxacaq:
“Bu prosesə ən böyük töhfəni, şübhəsiz ki, bizim qeyri-hökumət təşkilatlarımız verəcək. QHT-lərimiz həm ölkə daxilindəki inkişafı dəstəkləyəcək, həm də region ölkələri ilə inteqrasiya olunmuş fəaliyyətlər apararaq irəliləyişə yol açacaqlar.
Türk dünyasının geniş coğrafiyasında vətəndaş cəmiyyətinin güclənməsi həm də bölgəmizdə sülhün, inkişafın və sabitliyin möhkəm əsaslar üzərində qurulması deməkdir”.
MƏLUMAT YENİLƏNİR
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


