Bakı. Trend:
Yaponiyanın paytaxtı Tokyoda avtomobilin avtobus dayanacağındakı
piyadaları vurması nəticəsində azı 10 nəfər yaralanıb, onlardan
ikisi koma vəziyyətinə düşüb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Avtomobili piyadaların üzərinə sürən sürücü artıq saxlanılıb. O,
hadisəni törətdikdən sonra cinayət yerindən qaçmaq istəyib.
İnsidentin təfərrüatları araşdırılır.

