Keçmiş məcburi köçkün: Yurda qayıdış çox gözəl hissdir, bu gün bunu yaşayırıq

Baş səhifə
Keçmiş məcburi köçkün: Yurda qayıdış çox gözəl hissdir, bu gün bunu yaşayırıq

Yurda qayıdış çox gözəl hisdir, bu gün bunu yaşayırıq.

“Report” xəbər verir ki, bunu Zəngilanın Məmmədbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Kifayət Heydərova deyib.

O, qeyd edib ki, sevincinin həddi-hüdudu yoxdur: “Məmmədbəyli kəndinə sevinclə, gülə-gülə qayıdırıq. Allah dövlətimizi, xalqımızı, qazilərimizi qorusun, şəhidlərimizə rəhmət eləsin.

Yolumuz açıq olsun. İnşallah gedib öz elimizdə, torpağımızda sağ-salamat yaşayaq, torpağı əkək, biçək, yaşayaq”.

Qeyd edək ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə daha 30 ailə – 144 nəfər köçürülüb. Kəndə köçənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.