“Fənərbaxça” “Rizəspor”u hesabla məğlub etdi

Baş səhifə

Türkiyə Super Liqasında XIII turun oyunları davam edir.

Metbuat.az xəbər verir ki, günün son matçında “Fənərbaxça” səfərdə “Rizəspor”la qarşılaşıb.

Gərgin keçən görüşün ilk hissəsi ev sahiblərinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hücumların sayını artıran İstanbul təmsilçisi ardıcıl olaraq rəqib qapısından beş qol keçirib və qarşılaşmadan 5:2 hesablı qələbə ilə ayrılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.