Bakı. Trend:
İsrail Müdafiə Ordusu “Hizbullah”ın qərargah rəisi Heytəm Əli
Təbtəbavinin Beyrutda həyata keçirilən hücumda
zərərsizləşdirildiyini təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat
xidməti bildirib.
“İsrail Müdafiə Ordusu bildirir ki, 23 noyabr 2025-ci ildə “Hizbullah”ın qərargah rəisi terrorçu Əli Tabtabavi Beyrut
ərazisində keçirilən hücumda zərərsizləşdirilib”, – deyə
bildirilib.

