“FIFA series” turniri yenidən Azərbaycanda təşkil olunacaq

Baş səhifə

Bakı. Trend:

“FIFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil
olunacaq.

Trend xəbər verir ki, bu
barədə FIFA prezidenti Canni İnfantino sosial şəbəkə hesabında
paylaşım edərək məlumat verib.

Canni İnfantinonun paylaşımını diqqətinizə çatdırırıq:




“2026-cı ilin mart və aprel aylarında beynəlxalq oyunlar
pəncərəsi çərçivəsində “FIFA Series” turnirinin ilk genişmiqyaslı
təşkilini təsdiqləməkdən məmnunam. 2024-cü ilin mart ayında
keçirilmiş pilot turnirin uğuruna əsaslanaraq, bu layihə müxtəlif
qitələrdən olan milli komandalara ənənəvi konfederasiya
sərhədlərindən kənarda yarışmaq və əlaqə qurmaq üçün unikal
platforma təqdim edir.

Kişilər arasında “FIFA Series” turniri Avstraliya, Azərbaycan,
İndoneziya, Qazaxıstan, Mavriki, Puerto-Riko, Ruanda və
Özbəkistanda keçiriləcək. Qadınlar arasında “FIFA Series” isə
debütünü Braziliya, Fil Dişi Sahili və Tailandda keçiriləcək
oyunlarla edəcək. Bundan əlavə FIFA-nın digər üzv assosiasiyaları
da ev sahibliyi etmək niyyətlərini açıqlayıblar”.

Qeyd edək ki, 2024-cü ildə “FIFA Series” turnirinə ev sahibliyi
edən ölkələrdən biri də Azərbaycan olub.