Goranboyda beşmərtəbəli yaşayış binasında yanğın olub, xəsarət alanlar var (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli
yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional
Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən
və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci
mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu
müəyyən olunub.

FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub,
ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.




Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.