Bakı. Trend:
Meksikanın Miçoakan ştatında turist avtobusunun qəzaya uğraması
faciə ilə nəticələnib.
Trend “Red
Michoacan”a istinadən xəbər verir ki, hadisə zamanı azı 10 nəfər
həyatını itirib, 26 nəfər yaralanıb. Yaralılardan altısının
vəziyyəti ağır qiymətləndirilir.
Avtobus Uruapandan Tlalpuyaquaya gedərkən Moreliya–Paçkuaro
magistral yolunun 23-cü kilometrliyində aşıb. Hadisə yerinə dərhal
xilasedicilər və tibb işçiləri cəlb olunub, yaralılar xəstəxanalara
çatdırılıb.
Qəza səbəbindən yolun qeyd olunan hissəsində hərəkət müvəqqəti
olaraq dayandırılıb. Səlahiyyətlilər sürücülərə alternativ
marşrutlardan istifadə etməyi tövsiyə edir. Ştat Baş Prokurorluğu
hadisənin səbəblərini müəyyən etmək üçün araşdırma aparır.

