
“Monako”nun yarımmüdafiəçisi Pol Poqba 2023-cü ildən sonra ilk dəfə meydana çıxıb.
“Report”un məlumatına görə, o, Fransa çempionatının 13-cü turunun “Renn”lə qarşılaşmasının (1:4) 85-ci dəqiqəsində Mamadu Koulibalini əvəzləyib.
2024-cü ilin fevralında Poqba antidopinq pozuntusuna görə dörd il müddətinə futboldan uzaqlaşdırılıb, lakin oktyabrda İdman Arbitraj Məhkəməsi onun cəzanı 18 aya endirib.
İyun ayında “Monako” ilə müqavilə imzalayan idmançı son matçını 3 sentyabr 2023-cü ildə İtaliyanın “Yuventus” klubunda keçirib.
Qeyd edək ki, 32 yaşlı Poqba 2018-ci il Dünya Kubokunun çempionu və 2016-cı il Avropa Çempionatının ikincisidir.
Karyerası ərzində o, 2017-ci ildə Avropa Liqasının qalibi olduğu “Yuventus” və “Mançester Yunayted”də oynayıb. “Yuventus”la fransız futbolçu dörd İtaliya çempionluğu, üç İtaliya Superkuboku və iki dəfə İtaliya kubokunu qazanıb.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


