Azərbaycan Mərkəzi Bankı nəqliyyat vasitələri üzrə KASKO sığortası xidmətlərinin təminatçısını dəyişib

Baş səhifə
Azərbaycan Mərkəzi Bankı nəqliyyat vasitələri üzrə KASKO sığortası xidmətlərinin təminatçısını dəyişib

Azərbaycan Mərkəzi Bankı (AMB) 46 nəqliyyat vasitəsinin könüllü (KASKO) sığortalanması üçün elan etdiyi açıq tenderə yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Meqa Sığorta” ASC-dir.

Qalib şirkətə 45 010 manat ödəniləcək.

Xatırladaq ki, ötən il AMB 43 nəqliyyat vasitəsini KASKO sığortası üçün “Atasığorta” ASC-ni cəlb edib. Bu xidmətlərin göstərilməsi üçün şirkətə 33 741 manat ödənilib.