Bakı. Trend:
Noyabrın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə
ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə
görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq
aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən
məlumat verilib.
Həmçinin qeyd olunub ki, polis əməkdaşlarının noyabrın 21-də
keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda
olan 23 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

