Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Noyabrın 21-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki
dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları
tərəfindən təmin olunub.

️Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata
görə, axtarışda olduğuna görə ümumilikdə 228, o cümlədən borclu
şəxs qismində axtarışda olan 190 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.




Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.