Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarını 59 medalla başa vurub

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI
İslam Həmrəyliyi Oyunlarında yarışlara yekun vurulub.

Trend xəbər
verir ki, son gündə Azərbaycan təmsilçiləri daha 4 medal
qazanıblar.




Bununla da Azərbaycan komandası Oyunları ümumilikdə 59 medalla
başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc
mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında
10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci,
İran üçüncü olub.

Yarışlarda ümumilikdə 57 ölkədən idmançılar mübarizə
aparıblar.