Cənubi Qafqazda nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar açılır – Paşinyan

Baş səhifə

Astana. Trend:

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün yeni
imkanlar açılır.

Trend Qazaxıstan
prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu
Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Kasım
Jomart-Tokayevlə Astanada geniş tərkibdə keçən görüşündə
bildirib.

“Bu gün Qazaxıstan Prezidenti ilə artıq əməkdaşlığımızın gələcək
inkişaf istiqamətlərini müzakirə etmək imkanımız oldu. Mən hesab
edirəm ki, regiondakı dəyişiklikləri nəzərə alaraq iqtisadi
əməkdaşlıq və nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün yeni
imkanlar açılır. Hesab edirəm ki, nəqliyyat sahəsində mövcud
potensialı tam şəkildə həyata keçirilməlidir. Nəticədə bizim üçün
yeni imkanlar açılacaq”, – deyə Paşinyan deyib.

Qeyd edək ki, Tokayev Paşinyanla görüşdə bu gün Qazaxıstan və
Ermənistan ölkələr arasında əməkdaşlığı strateji tərəfdaşlıq
səviyyəsinə çıxaran sənədi imzalayacaqlarını bəyan edib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti
İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ
Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə
regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin
(“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla
yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası
Münasibətlər haqqında” Sazişi paraflayıblar.