“WhatsApp”da yeni funksiya təqdim olundu

Baş səhifə

Bakı. Trend:

“WhatsApp”ın tərtibatçıları tətbiqin “Məlumat” bölməsinin
yenilənmiş versiyasını təqdim ediblər.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, həmin bölmənin daha nəzərəçarpan və istifadəsi
daha rahat olub. Funksiya yenilənmiş interfeys əldə edib və şəxsi
söhbətlərin, həmçinin istifadəçi profilinin yuxarı hissəsinə
yerləşdirilib.




Yenilənmiş bölmə istifadəçilərə qısa mesajlar və emojilər
paylaşmaqla öz statusları və əlçatanlıqları barədə həmsöhbətlərinə
tez bir zamanda məlumat verməyə imkan yaradır.

İstifadəçilər müvafiq bildirişə toxunmaqla həmsöhbətin
“Məlumat”ına birbaşa çatda cavab verə bilirlər.

Yeni funksiyanın tətbiqi mobil cihazlarda bütün istifadəçilər
üçün əlçatan olacaq.