Bakı. Trend:
Pakistanın Feysəlabad şəhərində yerləşən yapışqan istehsal edən
zavodda güclü partlayış baş verib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, partlayış dalğasından zavod yerlə yeksan olub,
ətrafdakı 10 binanın damları çöküb. Hadisə nəticəsində yeddisi
uşaq, ikisi qadın olmaqla 16 nəfər həyatını itirib.
Daha 7 nəfərin ağır yaralandığı deyilir.
Yerli rəsmilər bildirirlər ki, partlayış ətrafdakı 3 evdə
yanğına yol açıb. İnsident baş verən vaxt qurbanların çoxu yuxuda
olub. Bir ailənin altı üzvünün həlak olduğu deyilir.
İlkin versiyaya görə, partlayış qaz sızmasından baş verib.

