D-8 təşkilatlarına üzv ölkələrin radio və televiziya sahəsində ortaq yayım mərkəzi yaratmaq istəyirik – İsiaka Əbdülqadir İmam

Baş səhifə

Bakı. Trend:

D-8 təşkilatına üzv olduqdan sonra Azərbaycan qısa müddət
ərzində qeyri-adi təşəbbüslər həyata keçirib.

Trend xəbər
verir ki, bunu D-8 təşkilatının baş katibi İsiaka Əbdülqadir İmam
“Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi”
mövzusunda D-8 Media Forumunda çıxışı zamanı bildirib.




O bildirib ki, belə mötəbər təşkilata qoşulduğu üçün Azərbaycan
hökumətinə təşəkkür edirəm.

“Azərbaycan bu təşkilata qoşulması bizim işlərimizdə müsbət
dəyişikliklərə səbəb olub. D-8 təşkilatına üzv olan ölkələrin
nümayəndələrinin tədbirə göstərdiyi böyük maraq məndə xoş təəssurat
yaradır. Biz təkcə iqtisadi deyil, media və kommunikasiya
sahələrində də əməkdaşlığı davam etdirmək niyyətindəyik. Regionumuz
üçün bu məsələr böyük əhəmiyyət kəsb edir. Bu təşkilat öz mövqeyini
daha da gücləndirməkidir. Çalışırıq ki, KİV-lərin nüfuzunu və təsir
gücünü artırmağı hədəfləyirik. Dialoq, qərəzsiz məlumat paylaşımı
və ortaq dəyərlərə sadiq qalmaq bizim üçün önəmlidir. D-8 ölkələrin
radio və televiziya sahəsində ortaq yayım mərkəzi yaratmaq
istəyirik. Eyni zamanda jurnalistika məktəblərinin yaradılması,
burda təhsil alan tələbələrə təqaüd təyin edilməsini istəyirik”,-
deyə baş katib əlavə edib.