Banqladeşdə güclü zəlzələ olub

Baş səhifə

Bakı.Trend:

Banqladeşdə 5,7 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir
ki, bu haqda Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.




Mərkəzin məlumatına görə, zəlzələnin episentri 337 minə yaxın
əhalisi olan Tonqi şəhərindən 23 kilometr şərqdə yerləşib. Yeraltı
ocağı isə 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.