Frida Kahlonun rəsm əsəri hərracda 54,6 milyon dollara satılıb

Baş səhifə
Frida Kahlonun rəsm əsəri hərracda 54,6 milyon dollara satılıb

Frida Kahlonun avtoportreti Nyu-Yorkda keçirilən “Sotheby’s” hərracında qadın rəssamlar üçün rekord məbləğə – 54,6 milyon dollara satılıb.

“Report” xəbər verir ki, bu barədə “France-Presse” (AFP) agentliyi məlumat yayıb.

Məlumata görə, 1940-cı ildə yaradılmış “Yuxu (Yataq)” adlı əsər amerikalı rəssam Corciya O”Kiffin rekordunu yeniləyib. O”Kiffin əsəri 2014-cü ildə 44,4 milyon dollara satılmışdı.

Sentyabr ayında verilən ilkin qiymətləndirmələrə görə, Kahlonun avtoportreti 40–60 milyon dollar aralığında dəyərləndirilirdi.