Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Baş səhifə
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.

1970-ci il təvəllüdlü Yaqub Əhədovu minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.